Trampa böyük şok! HƏRƏKƏTƏ KEÇİRLƏR

Baxış sayı:
2863

Konqresə ara seçkilərində ABŞ Nümayəndələr Palatasında əksəriyyəti əldə edən Demokratlar, prezident Donald Trmpun CNN və Vaşinqton Post-a qarşı davranışlarının və sözlərinin "qanun pozuntusu" olub-olmadığını araşdırmağa hazırlaşırlar.
 
Yeni dövrdə, Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri olması gözlənilən Demokrat millət vəkili Adam Şchiff, “Axios” xəbər saytına bir açıqlama verib.
Schiff, Tramp'un CNN və Washington Post kimi, nüfuzlu media qurumlarına yönəlik çıxışlarının qanun pozuntuları və "Media üzərində təzyiq olub olmadığını" araşdırma başladacaqlarını söyləyib.
Schiff, CNN-in baş qurumu olan Time Warner ilə AT & T arasında birləşmənin Tramp administrasiyası tərəfindən əngəllənmənin "CNN-i cəzalandırmaq" məqsədi daşıdığını qeyd edib.
Trampın “Vaşinqton Post”-un və həmçinin Amazonun sahibi Jeff Bezosu hədəf aldığı da demokratik millət vəkili tərəfindən araşdırılacaq.
Trump və CNN arasında artan gərginliyə toxunan Schiff, Tramp'un Amazon və Time Warner vasitəsilə Washington Post və CNN-ni cəzalandırmaq istədiyini iddia edib.
Trampın, təkbaşına Nümayəndələr Palatasında bir addımla hədəf oluna bilməyəcəyi bəlli olsa da, onun yazılı bir izahat vermə məcburiyyəti ilə üzləşə biləcəyi bildrilir.
Qeyd edək ki, tez-tez CNN və buna bənzər media qurumlarını "xalqın düşmənləri" kimi adlandıran Trump, bu təşkilatların daim rəhbərliyinə dair yalan xəbərlər dərc etdirdiklərini iddia edir.
Bu xüsusda Ağ Ev, ötən həftə müzakirələrdən sonra CNN-in Ağ Evdə akkreditasiyası olan müxbiri Jim Acostanın Ağ Evin mətbuat kartını ləğv edib.
Nümayəndələr Məclisində əksəriyyəti qazanan Demokratlar, komitələr üzərindən Tramp'a qarşı araşdırmalar başlatmağa hazırlaşır.
Müxalifət.az