Trampa bənzəyən "cücə" Ağ Evin qarşısında nümayiş etdirilib

Ağ Ev Vaşinqtonuin turistləri ən çox cəlb edən yerlərindən biridir.
 
Lakin çərşənbə günü bir nəfərin Ağ Evin qarşısında qoyduğu, saçları və əlləri prezident Trampa bənzəyən hava ilə doldurulmuş cücə insanların diqqətini daha çox cəlb edib.
"Bu personajın rəsmi Sietlda yaşayan sənətkar Latiolos tərəfindən çəkilib. O, çox gözəl sənərkardır. O, rəsmləri Çinə göndərib və orada həmin rəsmlər əsasında bu cücə hazırlanıb. Sonra mən onlardan bunu satın alıb, Vaşinqtona gətirdim və nümayiş etdirmək qərarına gəldim. Bu əsər min sözdən daha yaxşıdır. Yəni "Don" adlı bu çücə prezident Trampın boş hava ilə doldurulmuş sözlərinə işarədir" deyə, Kaliforniyadan sənədli filmlər rejissoru Taranq Sinqh Brar bildirib.
Tramp "Cücə" tamaşasını qaçırdı, çünki o, Nyu-Cersidə iş görüşməsində idi. Ağ Evdə isə təmir işləri gedirdi.