​Trampa bəhanə lazımdır, onu da tapdı - KOSAÇEV

Baxış sayı:
2656

ABŞ-ın sanksiyalarından dolayı təəccüblənmirəm. Vaşinqton administrasiyası sanksiyaların müddətini uzatmaq üçün istənilən bəhanə tapacaqdı.
Muxalifət.az xəbər verir ki, bu sözləri rusiyalı senator Konstantin Kosaçev deyib.
“Bu sanksiyada yeni heç nə yoxdur. Əgər Ukrayna olmasaydı belə, ABŞ yenə sanksiya üçün qondarma əsaslar tapacaqdı”, - senator vurğulayıb.
Kosaçev əlavə edib ki, Vaşinqtonun sanksiya müddətinin uzadılması ilə bağlı göstərdiyi əsas qeyri-ciddi görünür:
“Trampın qərarında “Ukrayna böhranı ABŞ-ın beynəxalq siyasi maraqlarına fövqəladə dərəcədə təhdid yaradır” deyə bildirilib. Olduqca maraqlıdır. Ukrayna haradadır, ABŞ haradadır? Əslində məsələ odur ki, hadisələr Krımda olduğu kimi ABŞ ssenarisinə görə cərəyan etmir. Amerikan ssenarisi 2014-cü ilin fevralında Maydanda sona çatdı”.
Qeyd edək ki, ötən gün ABŞ lideri Tramp Ukrayna münaqişəsinə görə Rusiyaya qarşı 2014-cü ildə tətbiq edilən sanksiyaları daha bir il uzatmaq barədə qərar qəbul edib.