Trampa Ağ Evdən “Qüds” reaksiyası: "İşlər relsdən çıxacaq”

Baxış sayı:
2626

ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı olaraq tanımasına Ağ Evdən də reaksiya gəldi.
 
Adlarının gizli qalmasını istəyən iki yüksək səviyyəli Ağ Ev rəsmisi, Trampın Qüds qərarı ilə bağlı olaraq “CNN International”a açıqlama verib. "İşlərin relsdən çıxmasını gözləyirik və ümid edirik ki, bu müvəqqəti bir pozğunluq olar" deyə, fikir bildirən şəxslər, bu qətnamənin İsrail-Fələstin sülh prosesinə zərər vermədən necə qəbul olunacağı yönündə uzun müddət baş sındırdıqlarını deyiblər.
Rəsmi şəxslər, Trampın qərarını açıqlamasının ardından Fələstin tərəfi ilə hələ bir əlaqə yaradılmadığını da bildirib.
ABŞ rəsmiləri "Bu qərarın qısa müddətdə çətinliklər yaradacağını bilirik, ancaq uzun perspektivdə sülh prosesinə yardımçı olacağına da ümid edirik" deyə, prosesi dəyərləndiriblər.
Müxalifət.az