Tramp Ziya Məmmədova və oğluna “atdı”

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp AzərbaycandaOTELhttp://cdncache-a.akamaihd.net/items/it/img/arrow-10x10.pngtikintisindən imtina edib və Gürcüstanda göydələn inşası üzrə layihədən çıxmaq niyyətindədir. Muxalifet.az xəbər verir ki, bu barədə "The Asscociated Press" bildirib.
Həmin layihələrdə iştirak edən Trump Organization şirkətinin hüquqşünası Alen Garten deyib ki, bu qərar lisenziya sazişlərinin  yerinə yetirilməməsi ilə bağlıdır. Digər səbəb Trampın inauqurasiyasından sonra maraqların toqquşmasının qarşısını almaq cəhdidir.
Lakin "The Asscociated Press" qeyd edir ki, biznesmenin Azərbaycan layihəsindən çıxması bəzi korrupsiya məsələlərinin ortaya gəlməsi və Azərbaycanın “çirkli pulların yuyulması üçün ölkə” kimi qəbul edilməsi fonunda baş verə bilər.
“Trampın şirkətinin Azərbaycandakı tərəfdaşı ölkənin nəqliyyat naziri, Amerikanın diplomatik sənədlərində adı “hətta Azərbaycan üçün olduqca böyük korrupsioner” kimi keçən Ziya Məmmədovun oğlu Anar Məmmədovdur”, agentlik yazıb.
Öz növbəsində Bloomberg  bildirib ki, Bakıda layihə 2/3 başa çatıb. Bu layihədə iştirakla bağlı məlumat biznesmenin saytından yoxa çıxsa da Tramp 2014-cü ilin ortalarından Bakıdan pul almaqda ($3 mln.) davam edib.
Trump Organization Azərbaycanla yanaşı Batumidə də göydələn inşa etməliydi. Bu ay Tramp tərəfdaşına öhdəliyin yerinə yetirilməməsi barədə bildiriş göndərib ki, bunu da sövdələşmədən çıxışla bağlı ilk addım hesab etmək olar.
Prezident seçkilərində qalib gələn Tramp böyük biznesinin olması səbəbindən tənqidlərə məruz qalıb. Ekspertlər hesab edirlər ki, aktivlərin olmasına görə maraqların toqquşması yarana bilər. Agentlik qeyd edir ki, Tramp dünyanın 20-dən çox ölkəsində 500-ə yaxın şirkətdə paya  sahibdir.
Vaşinqtondakı mənbələr Turan-a bildiriblər ki, əslində BakıdakıOTELhttp://cdncache-a.akamaihd.net/items/it/img/arrow-10x10.png Trampa məxsus deyil və Tramp ora pul qoymayıb. Sadəcə, o, otelə öz adının verilməsini hüququnu satıb. Buna görə Trampın firmasına hər il 320 min dollar ödənilib.
Blomberg-in məlumatına görə, müvafiq saziş 2012-ci ildə Garant Holding-in rəhbəri və Azərbaycanın nəqliyyat nazirinin oğlu Anar Məmmədovla imzalanıb.  Trampın hesabına vəsait nazirin qardaşı və parlamentin deputatı Elton Məmmədovun adına olan firmadan daxil olub.
BŞ-ın Bakıdakı keçmiş səfiri Riçard Kozlariç deyib ki, Azərbaycan hakimiyyəti bu cür maliyyə sövdələşmələri ilə göstərməyə çalışır ki, ABŞ və Azərbaycan arasında münasibətlər Tramp administrasiyası dövründə də möhkəm olacaq.
Bloomberg-in Anar Məmmədovdan şərh almaq cəhdləri nəticəsiz qalıb. O, telefon zənglərinə, elektron məktuba və biznes tərəfdaşları vasitəsilə göndərilən məktublara cavab verməyib. Onun əmisi Elton Məmmədov da şərh verməkdən imtina edib, Blooberg yazır.