Tramp yenidən koronavirus testindən keçdi - NƏTİCƏSİ AÇIQLANDI

Baxış sayı:
2503

ABŞ Prezidenti Donald Tramp yenidən koronavirus testindən keçib və nəticə mənfi olub.
Bu barədə “Reuters” Trampın həkimi Şon Konlinin açıqlamasına istinadən məlumat yayıb.
Həkim analiz üçün yeni ekspress-test üsulundan istifadə edildiyini bildirib, nəticə də 15 dəqiqədən sonra əldə olunub: “O sağlamdır, koronavirus xəstəliyinin əlamətləri yoxdur”.

Qeyd edək ki, D.Tramp koronavirus testindən ilk dəfə martın 14-də keçib.