Tramp yeni “təyinat” qərarını Twitter-dən bəyan etdi

Baxış sayı:
2470

ABŞ prezidenti Donald Tramp vəzifəsindən ayrılacağı açıqlanan xüsusi qələm müdiri Con Kelli-nin yerinə Ağ Evin rəhbərlik və büdcə ofisinin direktoru Mick Mulvaneyi vəkalətən təyin edəcəyini bildirib.
 
ABŞ prezidenti Donald Tramp təyinat qərarını da twitter üzərindən bəyan edib.
Təyinatla bağlı sosial media hesabından açıqlama verən Tramp bu ifadələri işlədib:
“Rəhbərlik və Büdcə Ofisinin direktoru Mick Mulvaneynin ölkəmizə fədakarcasına xidmət edən Con Kelli-nin yerinə keçəcək şəxs olduğunu açıqlamaqdan məmnunluq duyuram. Mick hakimiyyətdə fövqəladə işlər gördü. ABŞ-ı yenidən böyük etmək üçün çalışarkən, Mulvaney ilə çalışmağı dörd gözlə gözləyirəm".
Digər tərəfdən, Kelli-nin ilin sonuna qədər vəzifəsində olacağını bildirən Tramp, "O həqiqi bir qəhrəmandır və ona xidmətləri üçün şəxsən təşəkkür edirəm" deyib.
Qeyd edək ki, Trampın prezident kürsüsündə oturduğu 2016 ildə Ağ Evin Rəhbərlik və Büdcə Ofisi direktorluğuna namizəd göstərilən və namizədliyi Senat tərəfindən 51-ə səslə təsdiqlənən Mulvaney, 1883-dən bəri ABŞ-ın Cənubi Karolina ştatından Nümayəndələr Məclisinə seçilən ilk Respublikaçı siyasətçi ünvanını almışdı.
Müxalifət.az