Tramp yeni Müdafiə naziri təyin edəcək

Baxış sayı:
13519

ABŞ prezidenti Donald Tramp müdafiə nazirinin vəkili Patrik Şanahanı Müdafiə naziri vəzifəsinə təyin edəcəyi bildirilib.
 
Ağ Ev sözçüsü Sara Sanders etdiyi açıqlamada, "Ölkəyə üstün xidmət və liderlik qabiliyyətini göstərdiyi üçün prezident Donald Tramp, Patrick Şanahanı Müdafiə naziri vəzifəsinə təyin etmək niyyətindədir" deyib.
"Şanahan son bir neçə ay ərzində müdafiə nazirinin rolunda olduqca səxavətli olduğunu göstərdi və əla iş görməyə davam edəcək", deyə - Sanders bildirib.
Bunun qarşılığında Şanahan da "Senatın təsdiqini alsam, Milli Müdafiə Strategiyasını təsirli bir şəkildə tətbiq etməyə davam edəcəyəm" deyə bildirib.
Müxalifət.az