​Tramp: Yeni Baş Qərargah rəisimiz o olacaq

Baxış sayı:
4627

ABŞ Prezidenti Donald Tramp Baş Qərargah rəisi vəzifəsinə Quru Qüvvələrinin komandiri Mark Milleyi namizəd göstərib.
Muxalifet.az xəbər verir ki, Tramp bu barədə şəxsi Tvitter hesabında yazıb.
“4 ulduzlu general Mark Milleyi Cozef Danfordun yerinə Baş Qərargah rəisi olaraq namizəd göstərməkdən qürur duyuram. Bu inanılmaz iki cənaba ölkəmizə göstərdikləri xidmətlərdən dolayı təşəkkür edirəm. Vəzifənin nə vaxt təhvil verilməsi məsələsi daha sonra müəyyənləşdiriləcək”,- deyə o qeyd edib.
Qeyd edək ki, hazırki ABŞ Baş Qərargah rəisi Cozef Danfordun vəzifə müddəti 2019-cu ilin oktyabr ayında başa çatır. C. Danford bu vəzifəyə 2015-ci ildə sabiq prezident Barak Obama tərəfindən təyin edilib. Tramp prezident seçildikdən sonra Danfordun vəzifə müddəti 2 il artırılıb.