​Tramp yenə YALANÇI ÇIXDI

ABŞ Prezidenti Donald Tramp "İlin adamı" mükafatından imtina edib.
Bu barədə Tramp Tvitter hesabında məlumat verib.
“Time” (Taym) jurnalı zəng edərək məni, ötən ildəki kimi, yenidən "İlin adamı" elan edəcəyini bildirdi. Belə olacağı təqdirdə mən müsahibə verməli və çoxlu fotosessiya elətdirməli olacaqdım. Mən isə bunun yaramayacağını bildirərək, imtina etdim. Hər halda, çox sağ olun”, - Tramp yazıb.
Lakin az sonra “Taym” jurnalı Trampın bu bəyanatını təkzib edib:
“Prezident bizim “İlin adamı”nı necə seçəcəyimizi yanlış bilir. “Taym” jurnalı nəşr olunana, yəni 6 dekabra qədər seçilən şəxslərə məlumat vermir”./axar/