Tramp yenə İranı hədələdi

Baxış sayı:
5002

ABŞ prezident Donald Tramp Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) əmirliklərindən olan Fujairah yaxınlığında dörd ticarət tankerinə qarşı təxribatın elan edilməsindən sonra Tehrana qarşı yeni bir təhdid xəbərdarlığı edib.
Donald Tramp "İranla nə baş verəcəyini görəcəyik. Onlar bir şey edərlərsə, bu, böyük bir səhv olardı. Əgər onlar ABŞ-a qarşı bir şey etsələr, bunun bədəlini ağır şəkildə ödəyəcəklər" deyə bildirib.
Tramp Tehranın hücum üçün bir şey etdiyi təqdirdə qarşılığının çox ağır olacağını söyləyib.
Müxalifət.az