Tramp Yaponiyanı tənqid etdi - KXDR-in RAKETLƏRİNİ VURMADIĞI ÜÇÜN

Ağ Ev rəhbəri: Bu ki, samurayların ölkəsidir
 
ABŞ prezidenti Donald Tramp Сənub-Şərqi Asiya ölkələrinin liderləri ilə telefon danışıqları və görüşlərində Yaponiyanı dəfələrlə KXDR-in ballistik raketlərini vurmaqdan imtina etdiyinə görə tənqid edib.
Bu barədə "Kyodo" agentliyi diplomatik mənbəyə istinadən məlumat yayıb.
"Nə üçün onlar ölkənin ərazisi üzərində uçan raketləri vurmadılar? Bu ki, samurayların ölkəsidir. Mən bunu başa düşmürəm", - deyə agentlik Trampdan sitat gətirib.