Tramp Yaponiyadan Şimali Koreyaya mesaj göndərdi - VIDEO

Asiya turuna çıxan ABŞ prezidentinin ilk ziyarəti Yaponiyaya olub.
 
Tokioda Yokota Hərbi Hava Qüvvələri bazasında yüzlərlə hərbiçi qarşısında çıxış edən Tramp Şimali Koreyaya sərt mesajlar göndərib.
O, Şimali Koreyanın ABŞ-ı təhdid etməsindən əl çəkməsini tələb edib. Əks təqdirdə nəticələrin xoş olmayacağını bildirib:
“Heç bir diktator və rejim Amerikanın qərarlılığını gözardı etməməlidir. Keçmişdə bunu etmişdilər, amma bu onlar üçün heç də xoş olmamışdı”.
Tramp daha sonra Yaponiya Baş naziri Şinzo Abe ilə görüşüb. Bu görüşdə də əsas müzakirə mövzusu Ş.Koreyanın nüvə sınaqları olub.
Qeyd edək ki, ABŞ prezidenti 2 gün Yaponiyada qaldıqdan sonra Çinə səfər edəcək.|qafqazinfo/az