Tramp yalançılıqda rekord vurub: 558 GÜNDƏ 4 MİN YALAN

Baxış sayı:
2179

ABŞ prezidenti Donald Trampın, Ağ Evə çıxdığı 558 gündən bu yana 4229 dəfə yalan xəbər, ya da yalan məlumat yaydığı irəli sürülüb. “The Washington Post” qəzeti, prezident kürsüsündə əyləşməsindən bu yana Trampın çıxışları zamanı söylədiklərini və ya Twitter hesabından bölüşdüyü məlumatları özlərinə aid olan “The Fact Checker”, yəni “təsdiq etmə” üsulu ilə müqayisə edib. Trampın yalan iddialarında son iki ay içərisində 978 artım olduğu müəyyən olunub. Trampın bu prosesdə gündə orta hesabla 16 dəfə əsassız iddiada olduğu müəyyənləşdirilib.
Müxalifət.az