Tramp yadplanetlilər HAQDA: Pilotlarımız bunu bilirdi

Baxış sayı:
2782

Yadplanetlilərin varlığına inanmıram. Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp ABC telekanalına müsahibəsində deyib. “Bəzi məsələləri görüb, oxuyub, eşitmişəm. Bununla bağlı qısa məlumatlar da verilib. İnsanlar UNO-ları gördüklərini deyirlər. Həqiqiliyinə inanırammı? Sayılmaz”, - deyə Ağ Ev rəhbəri bildirib. Dövlət başçısı Yer Kürəsi xaricində həyatın olub-olmaması ilə bağlı suala isə belə cavab verib: “Pilotlarımız bunu bilirdi. Bəziləri keçmişdəkindən daha fərqli nələrsə görürdü. Görəcəyik. Məsələ diqqətdədir. İlk bilən siz olacaqsınız”.