Tramp XİN sözçüsünü BMT-yə nümayəndə təyin edəcək

Baxış sayı:
6082

ABŞ-ın Xarici İşlər Nazirliyinin sözçüsü Hazer Nayert-in prezident Donald Tramp tərəfindən ABŞ-ın BMT-dəki daimi nümayəndəsi olaraq namizəd göstəriləcəyi iddia edilib.
 
Amerikan mediasında yer alan və yüksək səviyyəli rəsmilərinə əsaslandırılan xəbərlərdə, Trampın bu yöndə qısa müddətdə açıqlamanı edəcəyi irəli sürülüb.
Nayert namizəd göstərilib, ABŞ Senatında təsdiq olunduğu təqdirdə Xarici İşlər Nazirliyindəki xidməti vəzifəsini tərk edib, BMT-də Nikki Haley-in yerini alacaq.
Daha əvvəl Amerikanın Fox News telekanalında diktorluq edən Nayert Tramp prezident olunca Xarici İşlər Nazirliyi xidmətinə gətirilmişdi.
Trampın kabinetində çox az sayda qadınlardan biri olan Nikki Haley 9 oktyabrdakı açıqlamasında BMT daimi nümayəndəliyi vəzifəsindən istefa verəcəyini açıqlamışdı. Haley-in il sonuna qədər vəzifəsini davam etdirəcəyi bildirilmişdi.
Müxalifət.az