Tramp xaricdə daha sərt olacaq

Baxış sayı:
3631

Dünya liderləri ABŞ-da ara seçkilərin nəticələrini təhlil edir və Demokratların Nümayəndələr Palatasını ələ keçirməsinin xarici siyasətə mümkün təsirlərini nəzərdən keçirirlər.
 
Demokratlar deyirlər ki, onların Palataya sahib çıxması Amerikada yeni günün gəlişinə işarədir. Lakin təhlilçi Piter Trubovitzin dediyinə görə, bu, Amerikanın xarici siyasətinə hökmən şamil olunmur.
Güman edirəm ki, Tramp Çinlə ticarət, İran, və Meksika ilə sərhəd məsələlərində daha sərt mövqe sərgiləyəcək:

"İndi Donald Trampın səlahiyyətlərini sərbəst icra edə biləcəyi əsas sahə xarici siyasətdir. Odur ki, mən güman edirəm ki, Tramp Çin, İran və Meksika ilə sərhəd məsələlərində daha sərt mövqe sərgiləyəcək,” deyə London İqtisadiyyat və Politologiya Məktəbinin ABŞ Mərkəzinin direktoru bildirir.
Trubovitz əlavə edir ki, Nümayəndələr Palatasındakı Demokratlar Trampa Çin məsələsində dəstək verə bilər.
Pekini qeyri-bərabər ticarət praktikasına ittiham edən Vaşinqton indiyədək Çin mallarına $250 milyard dollar həcmində tarif vergisi qoyub.
Avropalılar da ABŞ-ın maşınlar kimi əsas ixrac mallarına vergilər tətbiq etməsindən narahatdır.
Almaniyanın xarici işlər naziri Heiko Maas ara seçkilərinin nəticələrindən elə də rahatlıq tapmayıb:
“Atlantik okeanının bu tayında biz “Amerika Birinci” şüarına cavab tapmalıyıq. Mənim nəzərimdə bu, “Vahid Avropa”-dır."
Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov münasibətlərin onsuz da pis olduğunu vurğulayaraq vəziyyətin daha necə pisləşə biləcəyini təsəvvür etmədiyini deyib.
Səudiyyə Ərəbistanına silah satmağa gəldikdıə biz tənqidi səslər eşidə bilərik.
Yaxın Şərqə gəldikdə, mümkündür ki Demokratlar Trampa regional müttəfiqlərlə münasibətlərə dair müəyyən təzyiqlər göstərsinlər.
“Səudiyyə Ərəbistanına silah satmağa gəldikdıə biz tənqidi səslər eşidə bilərik. Ola bilsin, Yəməndə müharibəyə son qoyulmasına dair çağırışlar olacaq,” Beyrutda qərargahlaan Amerika Strateji Araşdırmalar Mərkəzinin təhlilçisi Kamil Vazne deyir.
Dünya liderləri qarşıdan nə gəldiyi üzərində düşünüb-daşınacaqlar, Trubovitz deyir.
“Donald Trampın prezidentliyinin sonunu gözləməli... Nöbvbəti iki ili vaxt udmağı... Yəqin ki, Tehranda, Pekində və bəzi Avropa paytaxtlarında da belə bir hesablama gedəcək,” o deyir.