​Tramp vitse-prezidentlə məzələndi: “O, cinsi azlıqları...”

ABŞ Prezidenti Donald Tramp zaman-zaman rəqiblərinə və onu tənqid edən jurnalistlərə sataşır.
Muxalifet.az xarici KİV-ə istinadla xəbər verir ki, bu dəfə ABŞ prezidenti gözlənilmədən özünün ən yaxın adamı sayılan vitse-prezident Mayk Pensə söz atıb.
Donald Tramp qatıldığı toplantılardan birində cinsi azlıqlar mövzusunda çıxış edərkən qəfildən deyib ki, bu mövzunu vitse-prezident Mayk Pensdən soruşmayın: “O, cinsi azlıqların hamısını asmaq istəyir”.
Hazırda dünyada ABŞ-ın vitse-prezidenti Mayk Pens kifayət qədər ciddi siyasi fiqur kimi tanınır. Hətta bir çoxları onun Trampa ciddi təsir imkanlarının olduğunu da düşünür.
Görünür, Donald Trampın publik zarafatlarının arxasında əslində kimin birinci şəxs olduğunu göstərmək məqsədi dayanır.