Tramp və Zelenskinin danışıqqları məxfi saxlanılır - AÇIQLAMA VERİLMƏYƏCƏK

Baxış sayı:
3907

ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenskinin iyuldakı telefon danışığının məzmunu ciddi məxfi xarakter daşıyır. Buna görə Dövlət Departamenti onun stenoqramını dərc etməyəcək.
Bu barədə ABŞ-ın dövlət katibi Maykl Pompeo ABC televiziya şirkətinin efirində bildirib.
"Siz bilirsiniz ki, biz (Dövlət Departamenti-red) son dərəcə nadir hallarda stenoqramın mətnini açıqlayırıq. Dünya liderlərinin danışıqları məxfi xarakteri daşıyır. Hansısa ekstremal şəraitdən başqa belə (mətni açıqlamaq -red) hərəkət etmək yersizdir", - deyə xarici siyasət idarəsinin başçısı qeyd edib.
Onun nöqteyi-nəzərincə, Tramp və Zelenskinin telefon danışığı bu kateqoriyaya aid deyil.