Tramp və Səudiyyə Ərəbistanına şok! Qəbul edildi

Baxış sayı:
3925

 ABŞ Konqresinin Nümayəndələr Palatası ABŞ-ın Yəməndə Səudiyyə Ərəbistanına verdiyi hərbi dəstəyin kəsilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib.
 
Demokratların əksəriyyətdə olduğu Nümayəndələr Palatasının Baş Məclisində keçirilən səsvermədə sözügedən layihəyə 177 əleyhinə, 248 lehinə olmaqla qəbul olunub.
ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistanına Yəmən müharibəsində verdiyi dəstəyin kəsilməsini nəzərdə tutan layihənin növbəti ünvanı ABŞ Senatı olacaq. Layihənin Senatda da yetərli səs alaraq qəbul ediləcəyi təqdirdə, Trampın Yəmən layihəsini rədd etməsi gözlənilir.
Layihədə, Tramp rəhbərliyinin Əl-Qaidə ilə müharibə etmədikləri müddətcə Yəməndəki bütün birliklərə və Səudiyyə Ərəbistanı rəhbərliyi altındakı hava hücumlarına verilən dəstəyin 30 gün ərzində bitirilməsi nəzərdə tutulur.
Senatda da qəbul edildiyi təqdirdə Yəmən layihəsinin Trampın Yəmən və Səudiyyə Ərəbistanı siyasətini hədəfə alan ən dəqiq addım olacağı ifadə edilir.
 Vəzifə boyunca indiyə qədər veto haqqını istifadə etmək məcburiyyətində qalmayan Trampın ilk dəfə Yəmən layihəsində veto yolunu seçəcəyi qeyd edilir.
Qeyd edək ki, ABŞ rəhbərliyinin Yəmən döyüşündəki rolunu sona çatdırmasını nəzərdə tutan qərar layihəsi Amerikalı senatorlar Bernie Sanders, Mike Li və Kris Mörfi tərəfindən Senata, Ro Khanna, Mark Pocan və Pramila Jayapal tərəfindən də Nümayəndələr Palatasına göndərilmişdi.
Müxalifət.az