Tramp və Ərdoğanın Ağ Evdə görüşü baş tutacaq

Baxış sayı:
253

ABŞ prezidenti Donald Tramp, üzümüzə gələn çərşənbə günü noyabrın 13-də Ağ Evdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş keçirəcək, eyni gün Nümayəndələr Palatası Tramp-a qarşı impiçment istintaqında ilk ictimai dinləmələri keçirəcəkdir.
Muxalifet.az 
bu barədə CNN kanalına istinadla xəbər verir.
Tramp və Ərdoğan görüşdükdən sonra mətbuat konfransı keçirəcəklərini Ağ Ev Bazar günü açıqlamışdı.
Türkiyənin Suriyaya «Sülh mənbəyi” hərəkatı çərçivəsində müdaxiləsi, Suriyadakı bəzi ABŞ qoşunlarının orada saxlanılması, impiçment və s. məsələlər müzakirəyə çıxarılacaq. Açıq impiçment dinləmələri Demokratların Trampın Ukrayna məsələsinə dair istintaqının bir mərhələsi kimi gözdən keçirilir və ölkə tarixində ilk dəfədir ki, Trampın keçmiş vitse-prezident Co Baydenin barəsində təhqiqat aparılması iddiaları və Prezidentə siyasi kömək üçün 2016-cı il seçkilərinə dair araşdırmalar rəsimlərin dilindən eşidiləcək. Bu dinləmələr Demokratların impiçmenti reallaşdırması üçün növbəti addımdır.   
Ortada Joe Biden və ya oğlu Hunterin Ukraynada hansısa səhv əməlinə dair dəlil yoxdur. 
Çərşənbə günü televiziyada keçirilən konqres dinləmələrində iki şahidin ifadə verməsi gözlənilir: Dövlət katibinin köməkçisi Corc Kent və ABŞ-ın Ukraynadakı ən yaxşı diplomatı,keçmiş səfir Bill Taylor.
Teylorun bağlı qapılar arxasında verdiyi ifadələr bu günə qədər istintaq daxilində ən əhəmiyyətlisi idi. Onun hələ təkcə açılış ifadəsi kifayət qədər qalmaqallı sənəd sayıldı, bu sənəddə Taylor kəşfiyyat tərəfindən irəli sürülən bir çox iddianı təsdiq etdi, bu da şikayət və istintaqa səbəb oldu. Taylor, həmçinin ABŞ-ın Ukraynaya hərbi yardımının müvəqqəti dondurulması, Tramp və Ukrayna prezidenti Zelenski arasında 25 iyul telefon danışığı ətrafında baş verən hadisələrə şahid ifadələri verib.
Kentin ifadəsində o, millət vəkillərinə Tramp-ın şəxsi vəkili Rudy Giulianinin, keçən həftə yayımlanmış şərhlərinin mətninə görə, keçmiş Ukrayna səfiri Yovanoviçə qarşı "yalan kampaniyası"apardığını söylədi. Kentin ifadələri ABŞ-ın Ukraynadakı keçmiş səfiri Kurt Volker və ABŞ-ın Avropa Birliyindəki səfiri Gordon Sondlandın Ukraynada Giuliani ilə necə işlədiyinə, Dövlət Departamentinində Giulianinin fəaliyyətinə və ABŞ-ın xarici siyasətinə necə təsir göstərdiyinə dair məsələlərə aydınlıq gətirəcək.        
Muxalifet.az