Tramp və ailəsinə böyük şok

Baxış sayı:
5917

ABŞ prezidenti Donald Tramp və yaxın ətrafı haqqında, Rusiya istintaqında ədalətə maneə törətmək və sui-istifadə etmənin da olduğu bir çox ittihamla istintaq başladılıb.
 
Ədalət Komitəsinin sədri Demokrat Jerrold Nadler, mövzu ilə bağlı etdiyi açıqlamada, Trmp və ona yaxın bir çox şəxsə sorğu göndərdiklərini və istintaqa dair bütün sənədləri komitəyə təslim etmələrini tələb etdiklərini söyləyib.
Nadler istintaqın Rusiyanın 2016 ABŞ prezident seçkilərinə qarışdığı və Tramp ilə əlaqə qurduğu iddialarını, buna bağlı Tramp tərəfindən cinayət istintaqına müdaxilə, vəzifəsindən sui-istifadə, maliyyə xərclərində saxtakarlıq, gücdən sui-istifadə, mətbuat, təhlükəsizlik gücləri və hüquq təşkilatlarına hücum kimi bir çox ittihamlarıəhatə etdiyini ifadə edib.
Nadler, "İctimai nəzarəti təmin etmək üçün sənəd tələbimizi göndərdik. Tələb məlumatları toplamaq, dəlil əldə etmək və əldə etdiyimiz məlumatları Amerikan xalqı ilə şəffaf bir şəkildə paylaşmaq üçün sürətli hərəkət edəcəyik" deyib.
ABŞ mediasında yer alan məlumatlara görə, sorğu sənədi Tramp, Trampın oğlu Donald Tramp Jr, kürəkəni Jared Kuşner, digər ailə üzvləri, Trampın seçki kampaniyasının direktoru və məsləhətçilərinin da daxil olduğu 81 adama göndərilib.
Nadler istintaqın hədəfinin Trampın vəzifədən alınmasının olmadığını da bildirib.
 
"HAMISI YALANDIR"
 
İstintaqla bağlı açıqlama verən Tramp, "Mən hər zaman hər kəslə əməkdaşlıq edirəm. Yaxşı bir şeydir ki, Rusiya ilə gizli bir razılaşma yoxdur. Hamısı yalandır” deyib.
Qeyd edək ki, Nadler dünən ABŞ-ın “ABC News” kanalına açıqlama verərək Trampın Rusiya istintaqında ədalətə maneə törətdiyinə inanıb inanmadığına yönəlik bir suala "Bəli, inanıram" deyə cavab verib.
Müxalifət.az