Tramp Ukraynaya nifrət edir? - ŞOK İDDİA

Baxış sayı:
4945

ABŞ prezidentliyinin ilk günlərində Donald Trampda Ukraynaya qarşı “azğın nifrət” var idi.
Muxalifet.az xəbər verir ki, bu haqda Amerika administrasiyasının indiki və keçmiş əməkdaşlarına istinadən “Washington Post” nəşri yazıb.
Bunun təxmini səbəbi isə Demokratlar Partiyasının, xüsusi halda 2016-cı il prezident seçkilərində Trampın rəqibi olmuş keçmiş dövlət katibi Hilları Klintonla Kiyevin ehtimal edilən əməkdaşlığı göstərilir.
“O sadəcə Ukraynaya nifrət edirdi”, - qəzetin mənbəyi bildirib.
Qeyd olunur ki, may ayında Ağ Ev rəsmiləri ilə görüşdə ABŞ prezidenti Kiyevin “onu məhv etməyə çalışdığını” iddia edərək, bu ölkənin yeni hakimiyyətini dəstəkləmək təklifi ilə razılaşmayıb. Mənbələrin sözlərinə görə, Trampın Ukraynaya münasibəti, ehtimal ki, dəyişməzdir.
Qeyd edək ki, bu gün Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenskini Ağ Evdə məmnuniyyətlə qəbul edəcəyini bildirib.
"Mən istərdim ki, o Ağ Evə gəlsin", - deyə Ağ Evin başçısı Zelenskinin tezliklə ABŞ-a səfərinə ümidini ifadə edib.