Tramp üçün 'vəzifədən uzaqlaşdırılma” prosesi başlayacaqmı?

Baxış sayı:
10195

ABŞ prezidenti Donald Tramp üçün 'vəzifədən uzaqlaşdırma prosesi başlayacaqmı” sualı ABŞ gündəmini məşğul edib. Respublikaçı senator və eyni zamanda Senat Ədalət Komissiyasının sədri Lindsey Graham Demokratların Nümayəndələr Palatasında prezident Donald Trampla əlaqədar “vəzifədən uzaqlaşdırma” ilə bağlı araşdırma başlatdığı təqdirdə Trampın gələn il yenə seçiləcəyini və Respublikaçıların Nümayəndələr Məclisində nəzarəti yenidən ələ keçərəcəyini qeyd edib. Graham bu açıqlamanı “Fox News” televiziyasına edib. Senator Graham Nümayəndələr Məclisinin başçısı Nancy Pelosi və Demokratların nəzarətindəki Nümayəndələr Məclisinin Demokrat liderlərinin “vəzifədən uzaqlaşdırma” araşdırmasına icazə verdiyi təqdirdə bunun Demokrat Partiyası üçün intihar olacağını da vurğulayıb. 435 üzvlü Nümayəndələr Məclisində təxminən 40 Demokrat üzvlə bir Respublikaçı üzv bu araşdırmanın başlamasını istəyir. Nümayəndələr Məclisində belə bir qərar alınsa belə, Respublikaçıların nəzarətindəki Senatdan “vəzifədən uzaqlaşdırma” qərarının çıxması çox uzaq bir ehtimal olaraq görülür. Pelosi də bu ana qədər belə bir araşdırmanın açılması çağırışlarına qarşı müqavimət göstərir. Pelosi komissiya araşdırmalarının davamından yanadır. 2016 seçkilərində Trampın seçki qrupuyla Rusiya arasında gizli əməkdaşlıq olub olmadığını araşdıran Xüsusi Prokuror Robert Müller 22 martda hesabatını Ədalət Nazirliyinə təqdim etmişdi. Ədalət naziri William Barr Müllerin gizli əməkdaşlıq mövzusunda ittiham yönəltmədiyini, ədalətə əngəl törətmə mövzusunda isə ittiham yönəltməməklə birlikdə, Trampı təmizə də çıxarmadığını qeyd etmişdi. Nümayəndələr Məclisinin Ədalət Komissiyası Müllerin komissiya qarşısında ifadə verməsini istəyir. İki tərəf arasında mövzuyla əlaqədar görüşmələr davam edərkən, Ədalət Komissiyasının başçısı Jerry Nadler bir müddət əvvəl Müllerin qapalı iclasda ifadə vermək istədiyini qeyd etmişdi. Müxalifət.az