Tramp Türkiyəyə qarşı hərbi güc tətbiqinə “tam hazırdır” - DÖVLƏT KATİBİNİN SENSASİON BƏYANATI

Baxış sayı:
271

ABŞ prezidenti Donald Tramp Türkiyəyə qarşı onun başlatdığı “Barış pınarı” əməliyyatına görə hərbi güc tətbiq etməyə “tam ölçüdə hazırdır”.

Virtualaz.org xəbər verir ki, belə bəyanatla ABŞ dövlət katibi Maykl Pompeo CNBC telekanalına müsahibəsində çıxış edib.

Onun sözlərinə görə, Ağ ev rəhbəri bu addıma “lazım gələrsə” əl atacaq. Lakin Dövlət Departamentinin rəhbəri Ankaranın məhz hansı hərəkətlərinin ABŞ tərəfindən güc tətbiqinə səbəb ola biləcəyini dəqiqləşdirməyib. Bununla belə əlavə edib ki, Vaşinqton “sülhü müharibədən üstün tutur”. Pompeo habelə ABŞ-ın Türkiyəyə qarşı iqtisadi və diplomatik xarakterli addımlar atmağa hazır olduğunu deyib.

 

Lakin Türkiyənin son vaxtlar sürətlə yaxınlaşdığı Rusiyada ABŞ prezidentinin “güc tətbiqi” barədə xəbərdarlığına inanmırlar. Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin rəhbəri Konstantin Kosaçev deyib ki, bu bəyanat Türkiyə prezidenti ilə davam edən polemikanın davamıdır.

“Nə baş verməlidir ki, ABŞ Türkiyəni vursun, bu Pompeonun sözlərindən aydın olmur. Və onun “qırmızı xətt” çəkməməsi faktı təsdiq edir ki, səbəb nəsə fövqəladə olmalıdır, məsələn, Türkiyənin regionda dislokasiya olunmuş Amerika hərbçilərinə qəsdən zərbə endirməsi kimi. İşlər isə çətin ki, bu həddə gəlib çıxsın. Ona görə də hərə öz yerində qalacaq. Ərdoğan Suriya və kürd məsələsində müstəqil xətt yürütdüyünü nümayiş etdirməkdə davam edəcək, Vaşinqton isə barmaq silkələyəcək, sanksiyalara və diplomatik tədbirlərə əl atmaqla kifayətlənəcək”,-Kosaçev deyib.

Onun mövqeyinə görə, Vaşinqton qətiyyət nümayiş etdirmək istəyir, eyni zamanda göstərməyə çalışır ki, kürdləri unutmayıb və onları atmayıb. Hansı ki, Trampın bütün tənqidçiləri bu haqda danışır. “Əks halda belə çıxır ki, Tramp “dostum Ərdoğan” sözlərindən dərhal sonra onu müharibə ilə hədələyir”,-rusiyalı senator bildirib.

Digər rusiyalı senator Aleksey Puşkov da hesab edir ki, Trampın Türkiyə ilə müharibəyə hazır olması sadəcə olaraq ritorikadır. Çünki hələ elə hal olmayıb ki, ABŞ NATO üzrə müttəfiqini hərbi zərbələrlə hədələsin.