​Tramp Tillersonu niyə işdən qəfil çıxartdı? - Açıqlama

Baxış sayı:
9127

ABŞ Prezidenti Donald Tramp Şimali Koreya ilə danışıqlara yeni komanda çıxarmaq üçün Dövlət Departamentinin və Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbərlərini dəyişdirdi.
Muxalifet.az xəbər verir ki, bu barədə sputnik -ə Ağ Evin adı açıqlanmayan nümayəndəsi məlumat verib.
Qeyd edək ki, D.Tramp Dövlət katibi Reks Tillersonu vəzifədən uzaqlaşdıraraq onun yerinə MKİ rəhbəri Mayk Pompeonu gətirib.
MKİ-yə isə bu vaxtadək müavin vəzifəsini icra edən xanım Cina Hespel rəhbərlik edəcək.