​Tramp təhlükəsizlik üzrə müşavirini İSTEFAYA GÖNDƏRDİ

Baxış sayı:
2308

ABŞ prezidenti Donald Tramp təhlükəsizlik üzrə müşaviri Herbert Makmasteri istefaya göndərib.
Muxalifət.az-ın məlumatına görə, ABŞ lideri bu barədə öz Tvitter hesabında yazıb.
Makmasteri ABŞ-ın BMT yanında keçmiş daimi nümayəndəsi Con Boltonun əvəz edəcəyi bildirilir.
 «9 aprel 2018-ci il tarixindən etibarən Con Boltonun təhlükəsizlik üzrə yeni müşavirim olacağı barədə xəbər verməyə şadam. General Makmasterə gördüyü işlərə görə minnətdarlığımı bildirirəm», - deyə o öz Tvitter hesabında yazıb.