​TRAMP: "Terrorla bağlı düşüncələrdə dəyişiklik olmalıdır"

Baxış sayı:
5422

ABŞ prezidenti Donald Tramp ötən gün Fransanın paytaxtı Parisdə İŞİD terror təşkilatı tərəfindən gerçəkləşən hücumdan dolayı kədərləndiyini dilə gətirib.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, prezident terrorla bağlı düşüncə prosesində bir dəyişiklik edilməsinin vacib olduğunu deyib.
 “Parisdəki terror hücumundan dolayı üzgünəm. Ölkələr bir nöqtədən sonra gözlərini açmaq məcburiyyətindədirlər. Çünki gerçəkdə nəyin baş verdiyini görmək lazımdır. Bu cür xəstəliklər və nifrət sevgi dolu, sülh tərəfdarı və uğurlu bir ölkəyə yaraşmır. Terrorla bağlı düşüncələrdə bir dəyişiklik lazımdır”.
Ağ Evdən verilən açıqlamada da Parisdəki hücum qınanılıb və Fransa xalqına dəstək olduqları bildirilib.
Qeyd edək ki, dünən Parisdə yerləşən Opera Meydanında şübhəli bir şəxs bıçaqla piyadalara hücum edib. Hücum nəticəsində 1 nəfər ölüb, 2-si ağır olmaqla, 4 nəfər yaralanıb. Hücum edən şəxs polis tərəfindən zərərsizləşdirilib. Hücumun məsuliyyətini İŞİD terror təşkilatı öz üzərinə götürüb. Araşdırmalardan sonra terrorçunun çeçen əsilli olduğu ortaya çıxıb.