“Tramp, tabuta sonuncu mismarı çaxdı” - İsrailli tarixçi Pappe

Baxış sayı:
4090

Məşhur İsrailli tarixçi Pappe, ABŞ prezidenti Donald Trampın Qüds qərarını "İki dövlətli həll planının tabutuna vurulan sonuncu mismar" deyə dəyərləndir.
 
Balfur Bəyannaməsinin 100-cü ildönümü səbəbiylə Türkiyədə təşkil olunan konfransa qatılan İsrailli tarixçi Ilan Pappe, ABŞ prezidenti Donald Trampın Qüds qərarını dəyərləndirib. Qərarı "iki dövlətli həll planının tabutuna vurulan sonuncu mismar" - deyə səciyyələndirən Pappe, "İki dövlətli həll təklifinin ən əhəmiyyətli xüsusiyyəti ABŞ-ın bu həll prosesində bazarlıq edən, asanlaşdırıcı olan yeganə qüvvə olması idi. Tramp, çox açıq bir şəkildə bazarlıq etməyə niyyətinin olmadığını elan etmiş oldu. Bu qərarın yeganə yaxşı tərəfi artıq qüvvəsini itirmiş olan tək dövlət və ya iki dövlətli həll kimi mübahisəli planın rəfə qaldırılıb, başqa mövqelərə mübahisə şansı verməsi oldu" deyə, dəyərləndirmə edib.
Artıq iki dövlətli həllin həyata keçməsinin mümkün olmadığını qeyd edən Pappe, "Fələstinlilərə ana vətənlərinin yalnız 20 faizini verən bir həll onsuz da ədalətli ola bilməz. Tamamilə yeni, fərqli bir şey düşünmək lazımdır. Burada keçmişin səhvləri, xətaları da kompensasiya edilməlidir. Köç etmiş fələstinlilərin evlərinə qayıtmalarına icazə verilməsi kimi. Ərəblərə təbii sərvətlərdən istifadə edə bilmələri üçün daha ədalətli bir pay da verilməlidir" deyib. Pappe "üçüncü dirəniş" başlayarsa, nə ola biləcəyi sualına "Keçmişdə olduğu kimi, silahlı hərəkətlər olacaqsa, bu yalnız İsrailin əlinə bəhanə vermiş olacaq. Amma bir xalq müqaviməti reallaşarsa, onda müəyyən yol qət edə bilərlər" deyə, cavab verib.
Müxalifət.az