Tramp Suriyadan tam çıxmağı düşünmür

Baxış sayı:
19297

Muxalifet.az  bildirir ki, ABŞ Prezidenti Donald Tramp  bir neçə  yüz  ABŞ əsgərini Şimalı Suriyada saxlamaq niyyətindədir. Bu haqda The New York Times qəzeti yazıb.
Qeyd olunur ki, söhbət ABŞ-ın 200-ə qədər xüsusi təyinatlı əsgərindən gedir. Bu siyahıya “İŞİD” terrorçu təşkilatı ilə döyüş təcrübəsi olanlar şamil olunur. Amerikalıların məqsədinə həmçinin Rusiya və Suriya hərbi qüvvələrinin  “neft  ərazilərinə”  doğru irəliləmələrinə  və bu əraziləri nəazrətə götürmələrinə mane olmaq da  daxildir.  
İddia olunan dislokasiya nöqtəsinin  İraqla sərhədə yaxın ərazilər olacağı güman olunur. Trampın Suriyadan qoşunları çıxarmaq qərarı  sərt tənqidlə qarşılaşdıqdan  sonra bu seçim barədə düşündüyü vurğulanır.