Tramp: “Suriyada neft bizimdir, qoy sərhədlər ilə başqaları məşğul olsunlar”

Baxış sayı:
343

ABŞ-ın Suriya sərhədində patrul fəaliyyəti həyata keçirmək arzusu yoxdur, lakin Vaşinqton ölkənin neft resurslarını nəzarətində saxlamaq niyyətindədir.
Muxalifet.az
yerli KİV-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ Prezidenti Donald Tramp deyib.
“Biz neftə nəzarəti əlimizdə saxlamışıq. Suriya ilə sərhəddə patrul fəaliyyətini başqaları həyata keçirə bilərlər. Türkiyə burada 1000 il savaşıb. Qoy sərhədlə onlar məşğul olsunlar. Biz bununla məşğul olmaq istəmirik, biz əsgərlərimizi vətənə qaytarmaq istəyirik. Amma hərbçilərin bir qismini Suriyada saxlamışıq. Onlar neftə nəzarət edir. Neft mənim xoşuma gəlir, neft bizdədir”, – deyə o bildirib.
Tramp ABŞ-ın bundan sonra da kürd qruplaşmaları və Türkiyə ilə qarşılıqlı fəaliyyətini davam etdirəcəyini deyib.
Trampdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın noyabrın 13-də Vaşinqtona səfər edib-etməyəcəyi barədə də soruşublar. “Prezident Ərdoğan Ağ Evə gəlmək istəyir. Çox yaxşı münasibətimiz var”,- deyə Tramp diplomatik cavab verib.  /Virtualaz.org/