​“Tramp Suriya ilə bağlı son qərarını verməyib” – AĞ EVDƏN AÇIQLAMA

Baxış sayı:
3403

ABŞ-ın prezidenti Donald Tramp Suriyaya zərbə endirilməsi ilə bağlı hələ ki,  son qərar verməyib, müxtəlif variantlar nəzərdən keçirilir.
“RİA Novosti”agentliyinin verdiyi xəbərə görə, bunu Ağ Evin sözçüsü Sara Sanders bəyan edib.
“Suriyaya zərbənin endirilməsi variantlardan biridir. Prezident hələ ki, son qərar verməyib”, deyə S.Sanders qeyd edib.
O, həmçinin ABŞ-ın tərəfdaşları və müttəfiqləri ilə birgə bu məsələ ilə bağlı məsləhətləşmələrin davam etdirildiyini vurğulayıb.