Tramp sumo turnirində iştirak etdi, TƏNQİD OLUNDU - FOTO

Baxış sayı:
292

Yaponiyanın yeni imporatoru Naruhitonun şərəfinə keçiriləcək mərasimdə iştirak eləmək üçün paytaxt Tokio şəhərinə yollanmış Tramp bazar günü Yaponiyanın baş naziri Şinzo Abe və peşəkar qolfçu İsao Aoki ilə qolf oynayıb, ardından Kokigikan salonunda keçirilən sumo çempionatını izləyib.

Yaponiyanın baş naziri ilə birlikdə sumo çempionatına tamaşa edən Tramp final oyunun sonunda ayağına tərlik geyinərək rinqə çıxıb, 137 sm böyüklüyə və 30 kq ağırlığa malik kuboku görüşün qalibi Adanoyamaya təqdim edib.

Sumo güləşçisinə bənzədilib

Sosial media istifadəçiləri sumo yarışına baxan Trampın fotolarını fotoşop ilə sumo güləşçisinə bənzədərək paylaşıblar.

72 yaşlı ABŞ prezidentinin boyu 1.9 m, çəkisi isə 110 kq-dır. İlin əvvəlində tibi müayinədən keçmiş Trampın çəkisinin ötən ilə nisbətən 1,8 kilo artdığı aşkara çıxmışdı. Trampın çəkisi artdıqdan sonra onun bədən kütləsinin indeksi 30.4 olub. Bu rəqəmin 30-dan yuxarı olması piylənmədən əziyyət çəkilməsinin göstəricisidir.

Hurriyyet.org