Tramp Səudiyyə Ərəbistanını yenə aşağıladı

Baxış sayı:
8488

 ABŞ prezidenti Donald Tramp kabinet toplantısında Səudiyyə Ərəbistanına yönəlik alçaldıcı ifadələr işlədib.
 
Ölkəsinin müdafiə xərclərinə çox pul ayırdığını qeyd edən prezident Tramp, "Hazırda müdafiə üçün xərclədiyimiz pul 5 milyard dollardır. Nümunə olaraq Cənubi Koreyanı göstərə bilərik. Cənubi Koreya bizə ildə 5 milyard dollara başa gəlir, ancaq bunun qarşılığında biz onlardan 500 milyon dollar alırıq. Bundan daha yaxşısını etməliyik. Bu səbəbdən Cənubi Koreya bizə 500 milyon dollar daha ödəməyi qəbul edib və illər keçdikcə daha artığını ödəyəcəklər" deyib.
Cənubi Koreyadan sonra Səudiyyə Ərəbistanını nümunə göstərən ABŞ prezidenti Tramp, "Eyni şey Səudiyyə Ərəbistanı üçün də keçərlidir. Biz Səudiyyə Ərəbistanını qoruyuruq və onların puldan başqa bir şeyləri yoxdur" deyərək bu ərəb ölkəsini alçaldıb.
Qeyd edək ki, Tramp daha öncə verdiyi açıqlamalarında da Səudiyyə Ərəbistanını alçaltmışdı. Etdiyi çıxışlarında Tramp, "Bax kral, səni biz qoruyuruq. Biz olmasaq iki həftə də hakimiyyətdə qala bilməzsən. Məhz buna görə əvəzini ödəyəcəksən" deyə bildirmişdi.
Müxalifət.az