Tramp Səudiyyə Ərəbistanına təşəkkür etdi

Baxış sayı:
8227

Bütün dünyada Camal Qaşıqçı cinayəti səbəbiylə Səudiyyə Ərəbistanına təpkilər yağarkən, ABŞ prezidenti Donald Tramp, Səudiyyə Ərəbistanına təşəkkür edib.
 
Camal Qaşıqçı cinayətinə dair daha əvvəl etdiyi açıqlamada Səudiyyə Ərəbistanla əlaqələrini davam etdirəcəyini bildirən ABŞ prezidenti Donald Tramp, bu gün də Səudiyyə Ərəbistanına təşəkkür edib. Tramp twitter-də etdiyi açıqlamada, "Neft qiymətləri düşür. Bu ecazkar bir işdir. Sanki Amerika və dünya üçün böyük bir vergi güzəşti kimi. Kefini çıxarın. Qiymətlər 82 dollardan 54 dollara düşüb. Səudiyyə Ərəbistanına təşəkkürlər. Daha da (Qiymətləri) salaq" deyə qeyd edib.
Qeyd edək ki, Tramp, dünən verdiyi yazılı açıqlamada, Səudiyyə Ərəbistan ilə münasibətlərinin davam edəcəyi yönündə mesajlar vermişdi.
ABŞ-ın Səudiyyə Ərəbistanla "sarsılmaz tərəfdaşlığını" davam etdirmək istədiyini bildirən Tramp, "Konqres üzvləri arasında, siyasi ya da müxtəlif səbəblərə görə, fərqli bir istiqamətə doğru getmək istəyənlər var və bunu etməkdə sərbəstdirlər. ABŞ-ın təhlükəsizliyi eyni istiqamətdə olduğu müddətdə mənə təqdim olunan bütün fikirləri edəcəyəm" deyə qeyd edib.
Müxalifət.az