Tramp səslərin sayılmasının dayandırılmasını tələb edir

Baxış sayı:
1745

ABŞ Prezidenti Donald Tramp ölkədə keçirilən seçkilər çərçivəsində səslərin sayılması prosesinin dayandırılmasını tələb edib.

Virtualaz.org bildirir ki, bu barədə D.Tramp sosial media hesabında yazıb.

“Səs sayımını dayandırın. Seçki günündən sonra verilən heç bir səs sayılmayacaq!”, - deyə D. Tramp qeyd edib.

Xatırladaq ki, noyabrın 3-də ABŞ-da prezident seçkiləri keçirilib. Ştatların bəzilərində hələ də səs sayımı prosesi davam edir. İlkin nəticələrə görə, Demokratların namizədi Co Bayden öndədir. Respublikaçıların namizədi D. Tramp və onun qərargahı seçki saxtakarlığının olduğunu və ABŞ Ali Məhkəməsinə müraciət edəcəklərini bildirib.

STOP THE COUNT!

— Donald J. Trump (@realDonaldTrump) November 5, 2020