Tramp spirtli içki içmirmiş

Baxış sayı:
1876

Spirtli içki içməməsi ilə tanınan Tramp, bugünkü mətbuat konfransında ali hakimliyə namizədlə pivə içmək məsələsində həmfikir olmadığını bildirib.
 
“Mən spirtli içki içən deyiləm. Dürüst olmaq lazımdırsı, həyatımda heç pivə belə içməmişəm. Bu, çox az sayda yaxşı xüsusiyyətimdən biridir” deyən Tramp, iştirakçıları güldürüb.
“Bir stəkan belə spirtli içki içməmişəm. Nə səbəbdən olursa, olsun əsla spirtli içki içməmişəm” vurgusu edən Tramp, belə davam edib:
“Ya içsəydim, olacaqları xəyal edə bilərsinizmi? Necə bir xaos halını alardım? Dünyanın ən betəri olardım. Heç vaxt içmirəm, oldumu”?
 
QARDAŞI ALKOQOLİZMDƏN ÖLMÜŞDÜ
 
Qeyd edək ki, Tramp, bir il əvvəl iştirak etdiyi bir narkotiklə mübarizə tədbirində qardaşı Fred Tramp-ın spirtlə mübarizəsini danışmışdı. 1981-də 43 yaşında ölən Fredin ecazkar bir adam və ən yaxşı xarakterdə olduğunu, özündən daha yaxşı bir insan olduğunu bildirən Tramp, qardaşının ona həmişə “İçki içmə” deyə nəsihət etdiyini, bu üzdən ağzına içki-siqaret qoymadığını bildirmişdi.
Müxalifət.az