Tramp sözünü tutmadı: PKK-ya SİLAH YARDIMI DAVAM EDİR

ABŞ prezidenti Trampın, "YPG-yə silah yardımı kəsiləcək" sözündən 3 gün sonra Suriyanın şimalında hərbi vasitələri daşıyan təxminən 100  TIR yükü avtomobil peyda olub.
 
ABŞ prezidenti Donald Trampın, prezidenti Ərdoğanla keçirdiyi görüşdə verdiyi, "YPG-yə silah yardımı kəsiləcək" sözündən 3 gün sonra, Suriyanın şimalına doğru gedən, yeni yardım konvoylarının görüntüləri yayımlanıb.
ABŞ Mərkəz Qüvvələr Komandanlığı (CENTCOM), dünən saat 14.00 radələrində İraq sərhədindən Suriyanın şimalına “Humvee” hərbi maşınlarla dolu təxminən 100  TIR göndərib. Hərbi yüklərin onurğasını terror təşkilatı PKK-nın Suriya qolu PYD/YPG-nin formalaşdırdığı Suriya Demokratik Qüvvələrinə (SDG) təslim edildiyi iddia edilir.
 
 ABŞ: YPG-yə YARDIMI GÖZDƏN GEÇIRIRİK
 
Pentaqon, PKK-nın Suriyadakı qolu YPG-yə silah dəstəyinin dayanacağını açıq şəkildə qeyd etməməklə birlikdə, təşkilata verilən dəstəyin "yenidən qiymətləndirmə prosesində" olduğunu bildirib.
 
 
 PENTAQON: ƏMƏKDAŞLIĞI DAVAM ETDİRƏCƏYİK
 
Pentaqon sözçüsü Erik Pahon açıqlamasında "Kürd tərəfdaşlarımıza İŞİD-in yenilməsi üçün verdiyimiz dəstək və hərbi ehtiyaclar mövzusundakı məsələləri, sabitlik və təşkilatın qayıtmasının qarşısını almaq səyləri istiqamətində yenidən nəzərdən keçiririk" deyə, bildirib.
Müxalifət.az