Tramp son anda müharibədən vaz keçib

Baxış sayı:
8152

ABŞ prezidenti Donald Trampın dünən İrana yönəlik bir hava hücumuna razılıq verdiyi, ancaq bir müddət sonra bu qərarından imtina etdiyi irəli sürülüb.
 
ABŞ-ın “New York Times” (NYT) qəzeti adı açıqlanmayan bəzi üst səviyyə səlahiyyətlilərə söykədiyi xəbərində, ABŞ prezidenti Trampın İrana yönəlik bir hücum qərarından son anda imtina etdiyini iddia edib.
“NYT”-nin "Tramp İrana qarşı hava hücumunu təsdiq edib, sonra birdən imtina edib" başlıqlı xəbərində, Amerikalı hərbi və diplomatik səlahiyyətlilərin ABŞ yerli saatıyla 19:00-a qədər İrana aid bəzi radar və raket batareyalarının vurulmasını gözlədikləri, Trampın qərarından imtina etməsi nəticəsində bunun reallaşmadığı ifadə edilib.
Xəbərdə, Trampın bu mövzudakı qərarını dəyişdirdiyi, yoxsa rəhbərliyin fərqli bir strategiyaya üstünlük verəcəkləriinin bilinmədiyi bildirilib.
 
"Pompeo və Boltona baxmayaraq imtina etdi"
 
ABŞ-ın ABC kanalında eyni mövzuyla əlaqədar bir xəbərdə isə Trampın hava hücumundan imtina qərarını Xarici İşlər naziri Mayk Pompeo və Ağ Ev Milli Təhlükəsizlik məsləhətçisi Con Boltona baxmayaraq verdiyi iddia edilib.
Ağ Ev və Pentaqondan iddialarla bağlı hər hansı bir açıqlama verilməyib.
Qeyd edək ki, dünən mövzuyla əlaqədar olaraq Ağ Evdə mətbuat mənsublarının suallarını cavablayan Tramp, "Çox böyük bir səhv etdilər. İHA beynəlxalq hava sahəsində idi, elmi olaraq bunun dəlillərinə sahibik. (ABŞ-ın İrana hücum planı olub olmadığını) Yaxında görəcəksiniz" demişdi.
Müxalifət.az