Tramp Skaramuççini 10 gün sonra istefaya göndərib

Bu barədə Amerika liderinin administrasiyasından bildiriblər
 
ABŞ prezidenti Donald Tramp maliyyəçi Entoni Skaramuççini təyin etdikdən 10 gün sonra Ağ evin kommunikasiyalar üzrə direktoru postundan kənarlaşdırıb.
RİA "Novosti" xəbər verir ki, bu barədə Amerika liderinin administrasiyasından bildiriblər.
Bundan əvvəl Skaramuççinin istefası barədə "New York Times" qəzeti məlumat verib. Nəşrin məlumatına görə, o, Ağ ev aparatının rəhbəri vəzifəsinə yeni təyin olunan Con Kellinin tələbi ilə istefaya göndərilib.