​Tramp Şimali Koreyaya: SƏBRİMİZİ DAŞIRMAYIN!

ABŞ prezidenti Donald Tramp Cənubi Koreya parlamentində çıxışı zamanı bəyan edib ki, bütün ölkələr Şimali Koreyanı təcrid etmək üçün səylərini birləşdirməlidir. Trend-in məlumatına görə, amerikalı liderin çıxışını "CNN" telekanalı yayımlayıb.
Çıxışı zamanı D.Tramp eyni zamanda Rusiya və Çini Şimali Koreya ilə iqtisadi əlaqələri kəsməyə və Pxenyanla diplomatik münasibətləri zəiflətməyə çağırıb.
D.Tramp belə ismarıc yollayıb: "Mən yalnız ölkəmin vətəndaşları adından deyil, bütün sivilizasiyalı ölkələr adından danışıram və Şimali Koreyaya deyirəm: Səbrimizi daşırmayın!".