​Tramp Şimali Koreya liderini "gombul" adlandırdı

Kim Çen In və Donald Tramp bundan əvvəl biri birilərini "dəli" adlandırıblar
 
Prezident Donald Tramp Cənub-Şərqi Asiya regionunda gərginliyin azalmasında vasitəçilik etməyə hazır olduğunu bildirəndən sonra Şimali Koreya ilə söz güləşini davam etdirib.
Şimali Koreya Xarici İşlər Nazirliyi Trampı "qoca" adlandırdıqdan sonra, ABŞ prezidenti Twitter səhifəsində yazıb kı, o, Şimali Koreya lideri Kim Çün Ina heç zaman "bəstəboy və gombul" deməyib.
Bundan əvvəl Tramp Cənubi Çin dənizində sahilyanı dövlətlər tərəfindən irəli sürülən qarşılıqlı iddialarla bağlı könüllü olaraq vasitəçilik etməyə hazır olduğunu bildirmişdi.
"Mən yaxşı vasitəçiyəm", - o deyib.
Çin, Vyetnam, Filippin, Tayvan (Çin Respublikası), Malayziya və Bruney arasında Cənubi Çin dənizində ərazilərə nəzarət iddiaları üstündə gərginlik mövcudur.
Özünü aradüzəldən kimi qələmə verən Donald Tramp, Vyetnama səfəri zamanı, həmin gərginliyin aradan götürülməsinə yardım etməyə hazır olduğunu qeyd edib.
Prezident Tramp Vyetnama səfəri zamanı həmkarı Tran Dai Quang-a özünün vasitəçilik yardımını təklif edib.
Trampın Şimali Koreya ilə gərginliyi isə dərinləşməkdə davam edir, hər halda Twitter-də davam edən söz atışmasında və rəsmi bəyanatlarda.
Xatırladaq ki, şənbə günü Şimali Koreya Trampın Asiya turnesini pisləyərək, onun səfərini "müharibə qızışdırıcısının səfəri" kimi səciyyələndirib və yenidən onu "havalı qoca" adlandırıb.
Buna cavab olaraq Trump Twitter səhifəsində yazıb kı, o, Kim Çün Inı heç zaman "bəstəboy və gombul" adlandırmayıb.
"Mən onunla dostluq etməyə cəhd göstərirəm - ola bilsin ki, nə vaxtsa bu baş verər!", - Trump Twitter səhifəsində yazıb.
Bu arada isə, 3 ABŞ ABŞ təyyarədaşıyanı Sakit okeanın qərb hissəsində hərbi manevrlərdə iştirak edib.
Bu hazırlıq Şimali Koreyaya ünvanlanmış güc nümayişi kimi qiymətləndirilir.
Təlimdə Şimali Koreya və Yaponiya hərbi gəmiləri də iştirak edib.
Eyni zamanda prezident Tramp Şimali Koreya ilə dostluq münasibətlərinin mümkünlüyünü istisna etməyib.
Vyetnamda təşkil edilmiş mətbuat konfransında Kim Çen Inla nə vaxtsa dost ola biləcəyi barədə suala ABŞ prezidenti belə cavab verib: "Bu, qəribə görünə bilər, lakin bu, mümkündür"(BBC).