Tramp Şimali Koreya liderinə məktub yazdı... "MƏKTUBUN ƏLA MƏZMUNU VAR..."

Baxış sayı:
4501

Şimali Koreya lideri Kim Çen In ABŞ prezidenti Donald Trampdan şəxsi məktub alıb.

Bu barədə “Yonhap” agentliyi Koreyanın mərkəzi teleqraf agentliyinə (KMTA) istinadən xəbər verir.

KMTA-nın yaydığı məlumata əsasən, məktubun “əla məzmun”u var.

“Trampın siyasi dərrakəsi və müstəsna cəsarətini dəyərləndirərək Kim Çen In bildirir ki, maraqlı məzmun (red.-məktubun) üzərində ciddi düşünəcək”, - deyə agentliyin məlumatında bildirilir.

Məktubda məhz nədən bəhs edildiyi açıqlanmır.