Tramp Serbiya ilə Kosovonu barışdırdı - PAKT İMZALANDI

Baxış sayı:
2722

ABŞ Prezidenti Donald Tramp Serbiya ilə Kosovonun iqtisadi münasibətlərin normallaşdırılması ilə bağlı razılığa gəldiklərini bəyan edib.

Xarici KİV-lər xəbər verir ki bildirir ki, bununla bağlı Ağ Evin mətbuat katibinin köməkçisi məlumat verib.

Bildirib ki, dünən Vaşinqtonda baş tutan danışıqlardan sonra bu gün Ağ Evdə Prezident Donald Trampın iştirakı ilə Kosovonun Baş naziri Avdullah Hoti və Serbiya Prezidenti Aleksandar Vuçiç arasında pakt imzalanıb.

Bu razılaşma tərəflər arasında iqtisadi əlaqələrin normallaşdırılması, o cümlədən yolların, dəmiryolu və hava xətlərinin açılmasını nəzərdə tutur.

ABŞ Prezidenti Donald Tramp Serbiya və Kosova liderləri ilə Ağ Evdə görüşdən sonra bəyan edib ki, Serbiya İsraildəki səfirliyini Qüdsə köçürəcək, Kosova isə İsraili tanıyacaq.

Bundan əlavə, İsrail Baş naziri Benyamin Netanyahu da Kosova ilə diplomatik əlaqələrin qurulacağını bildirib./Publika.az