Tramp senatorların MKİ direktorunu dinləməsindən niyə narahatdır?

Baxış sayı:
4570

“Nyu-York Tayms” qəzetinin yayım şurası, "Senat, Səudiyyə Ərəbistanının önünə keçdi" başlıqlı bir məqalə qələmə alıb.
 
ABŞ Senatının, Tramp rəhbərliyinin Yəməndəki daxili müharibədə Səudiyyə Ərəbistanına verdiyi dəstəyi dayandırmasını nəzərdə tutan qərar layihəsinin alt komitələrdə qəbul edildiyi və Senatda səsverməyə çıxaracağı xatırladılan məqalədə, "Ancaq Konqres bu layihəni qanuniləşdirib, qüvvəyə mindirməzsə, Senatın Yəmən addımı yalnız əzab çəkən Yəmənlilər üçün çox az bir yüngüllük təmin edəcək" deyə qeyd edilib.
Məqalədə, ABŞ prezidenti Trampın Qaşıqçı cinayəti mövzusunda ağırlığını ortaya qoymadığına diqqət çəkilərək, bu vəziyyətin Respublikaçı Partiyanın ən önəmli şəxslərindən senator Lindsey Qrehemi də narahat etdiyi qeyd edilib.
Digər tərəfdən, MKİ direktoru Haspelin çərşənbə günü Konqresdə keçirilən brifinqdə yer almamasının da senatorların etirazına səbəb olduğuna işarə edilən məqalədə, "MKİ-nin işi məlumatları qiymətləndirmək, birinin əleyhinə dəlil toplamaq deyil, Tramp, böyük ehtimalla senatorların Haspelin hesabatını dinləyincə belə həyasız və mürəkkəb bir cinayət (Qaşıqçı) əmrinin Səudiyyə Ərəbistanı rəhbərliyinin ən üstün məqamından gəldiyindən heç şübhəsinin qalmayacağından narahatdır" deyə bildirilib.
 
ABŞ-ın mənafeləri ilə dəyərləri arasında tarazlıq yaradılması tələbi
 
Məqalədə,  ABŞ-ın xarici işlər naziri Mayk Pompeonun “Wall Street Journal” qəzeti üçün qələmə aldığı bir məqalədə, “Qaşıqçı cinayətinin “Kapitoli Hil”-də deyinmələri artırdığını" yazdığı qeyd edilərək, bu şərhə yer verilib:
“Hörmətli Pompeo və şefinin anlamadığı şey, “Kapitoli Hill”-dən gələn bu deyinmələr Səudiyyə-Amerika ittifaqının əhəmiyyətini görməməzliyə vurmaq deyil, heç kəs bunu inkar etmir, ancaq bu mırıltılar, ABŞ-ın mənafeləri ilə dəyərləri arasında bir tarazlıq yaradılması tələbidir".
 
Senatorlar MKİ direkrorunun onları məlumatlandırmasını tələb etməlidir
 
Məqalədə, Yəməndə 2015-dən bu yana davam edən daxili müharibə “vəhşicəsinə" deyə səciyyələndirilərək, prosedurlar gərəyi Senata təqdim olunan qanun layihəsinin yeni ildən tez qəbul edilməsinin mümkün olmadığı da bildirilib.
Sonda insan haqları və hüququn aliliyinə əhəmiyyət verən senatorlar deyinməyə davam etməli və MKİ direktoru Haspelin onları məlumatlandırmasını tələb etməlidir.
Müxalifət.az