Tramp seçkilərin saxtalaşdırıldığını bəyan etdi - DEMOKRATLARI HƏDƏF ALDI

Baxış sayı:
1013

“Əvvəllər ABŞ-dakı seçki sistemini həmişə ədalətsiz olduğunu iddia edən Demokrat Partiyasının təmsilçiləri 2020-ci ildə keçirilən prezident seçkilərindən sonra fikirlərini dəyişiblər və əksini deyirlər”.

Bu barədə ABŞ-ın hazırkı prezidenti Donald Tramp özünün tvitterdəki hesabında yazıb.

“İllərdir demokratlar seçkilərin nə qədər saxta olduğunu söyləyirlər. İndi Tramp administrasiyasının 2020-ci il seçkilərini indiyədək ən təhlükəsiz seçki halına gətirməsi üçün nə qədər gözəl bir iş gördüyündən danışırlar. Əslində bu, Demokratların etdikləri xaricində doğrudur”.

O, son seçkiləri də saxtalaşdırılmış adlandırıb.