Tramp əsəbiləşdi, qulaqcığı yerə atdı

Baxış sayı:
4684

ABŞ prezidenti Donald Tramp, Argentinanın dövlət başçısı Mauricio Macri ilə birlikdə prezident iqamətgahı “Casa Rosada”-da keçirdiyi mətbuat konfransında İspanca tərcümə xoşuna gəlməyincə qulaqcığını çıxararaq yerə atıb.

Tramp qulaqcığı çıxardığı zaman edilən tərcümədən duyduğu narahatlığı bildirərək, “Səndən daha yaxşı anlayıram” deyib.
Baş verən bu hadisədən sonra Tramp illərdir tanıdığı və birlikdə qolf oynadığı Macri-yə təriflər yağdıraraq, “Sizə illərdir Mauricio-nun bir dostu olduğumu demək istəyirəm. O gənc bir adam idi. Çox yaxşı bir adamdı. Bir-birimizi çox yaxşı tanıyırıq. Əslində atası ilə də mükəmməl bir dostluğumuz var. Ailəsiylə bir yerdə iş gördüm” deyə söyləyib.
Müxalifət.az