"Tramp sadəlövhdür, Putinə inanır" - MAKKEYN
12-11-2017 12:07
Respublikaçı senator Con Makkeyn ABŞ Prezidenti Donald Trampı Putinı "inandığına" görə sadəlövh adlandırıb.
Buna səbəb Trampın Putinlə görüşdən sonra "Rusiya prezidenti Moskvanın ABŞ-dakı seçkiyə müdaxilə etmədiyinə məni yenidən əmin etdi" açıqlaması səbəb olub.
Tramp deyib ki, Rusiyanın ABŞ-da seçkiyə müdaxilə etməsi barədə məsələ iki ölkənin münasibətlərinin qaydaya salınmasına mane olmaq üçün süni şəkildə ortaya atılıb./teleqraf.com