​“Tramp Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsinə dair sualı bir neçə dəfə verib” - PUTİN

Rusiya prezidenti Vladimir Putin G-20 sammiti çərçivəsində keçirilən yekun mətbuat konfransında bildirib ki,  ABŞ prezidenti Donald Tramp onunla ilk görüşdə Rusiyanın ABŞ-dakı seçkilərə mümkün müdaxiləsi ilə bağlı bir neçə dəfə sual verib.
“Qazeta.ru” xəbərə verir ki, Putin görüş zamanı Trampın qeyd olunan məsələyə xeyli diqqət ayırdığını bildirib.
Putin qeyd edib ki, Rusiyanın bu məsələdə mövqeyi dəyişməz olaraq qalmaqdadır: “Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsinə dair iddialara heç bir əsas yoxdur.  Əsas odur ki, biz kiberməkan və internet sahələrində qeyri müəyyənliyin olmamasına dair razılığa gəldik”.