Tramp Rusiya və Ukraynanı təbrik etdi

Baxış sayı:
1160

ABŞ Prezidenti Donald Tramp Ukrayna və Rusiya arasında əsirlərin mübadiləsi münasibətilə hər iki dövləti təbrik edib.

APA-nın xəbərinə görə, bu barədə ABŞ Prezidenti “Twitter”də bildirib.

“Rusiya ilə Ukrayna arasında əsirlərin mübadiləsi zamanı böyük sayda insan azad olunub. Bu, çox yaxşı xəbərdir, sülhə doğru ilk iri addımdır. Hər iki ölkəni təbrik edirəm!”, - D. Tramp qeyd edib.

Qeyd edək ki, bu gün Ukrayna ilə Rusiya arasında əsir və girovların mübadiləsi çərçivəsində hər iki tərəfdən ümumilikdə 70 nəfər azad olunub.

Mübadilə 35-ə 35 düsturu ilə həyata keçirilib. Rusiya tərəfindən 35 və Ukrayna tərəfindən 35 nəfər sərbəst buraxılıb.